SEO (Search Engine Optimization) – Yəni Axtarış Motoru Optimizasiyası, vebsaytların axtarış motorlarında (Google, Bing, Yandex və s.) daha yüksək sıralarda yer alması üçün edilən fəaliyyətlər toplusudur. Sadə dillə desək, SEO, insanların internetdə bir mövzu axtararkən sizin vebsaytınızı daha asan tapmalarını təmin edən bir prosesdir.
Bəs SEO nə üçün vacibdir?
Bugünkü rəqəmsal dünyada, vebsaytların axtarış motorlarında yüksək mövqeyə yüksəlməsi, onların daha çox ziyarətçi çəkməsinə və nəticə etibarilə bizneslər üçün daha çox satışa çevrilməsinə gətirib çıxarır. İnsanlar axtarış motorlarını gündəlik həyatlarında istifadə edirlər, elə buna görə də vebsaytınızı axtarış nəticələrində önə çıxarmaq sizin üçün böyük bir üstünlükdür.
SEO özü 3 yerə ayrılır
1. Texniki SEO: Bu, saytınızın strukturunun və sürətinin optimallaşdırılmasını nəzərdə tutur. Google və digər axtarış motorları saytların sürətini, mobil dostluğunu və istifadəçi təcrübəsini (UX) ön planda tuturlar. Saytınızın yavaş açılması və ya səhifələrdəki xətalar axtarış nəticələrində geriləməyə səbəb ola bilər.
2. On-Page SEO: Bu, vebsaytın hər bir səhifəsinin məzmununu optimallaşdırmaq deməkdir. Saytın başlıqları, meta təsvirləri, alt başlıqlar, şəkillər üçün alt yazılar, URL strukturları və məzmunun özü burada rol oynayır. Həmçinin, açar sözlərdən düzgün istifadə etmək çox vacibdir. Lakin burada diqqət yetirməli olduğunuz əsas şey, açar sözlərin “overstuffing” (çox yerə yazılması) etməməkdir. Saytın məzmunu təbii və oxunaqlı olmalıdır.
3. Off-Page SEO: Saytınıza xarici bağlantıların (backlinks) alınması da SEO-nun vacib hissəsidir. Google, digər etibarlı və mötəbər saytların sizin səhifənizə keçid verdiyini görəndə saytınızı daha çox etibarlı hesab edir. Bu, saytınızın axtarış motorlarında daha yüksək sıralanmasına kömək edir.
Nəticə
SEO hər vebsayt sahibinin diqqət etməli olduğu bir sahədir. Saytınızın görünürlüğünü artırmaq və onlayn mühitdə uğurlu olmaq üçün doğru SEO strategiyalarını tətbiq etmək lazımdır. Texniki SEO-dan məzmun optimizasiyasına qədər hər bir komponentin düzgün və balanslı şəkildə idarə edilməsi saytınızın axtarış motorlarında yüksək mövqelərə yüksəlməsinə kömək edəcəkdir. Unutmayın, SEO-da mükəmməl nəticələr əldə etmək zaman və səbr tələb edir, amma doğru yanaşma ilə bu, əlçatandır.