Skip to content

Haqqımda

Mənim hekayəm

Karyerama 17 yaşında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətlə başladım. Könüllülük müddətim bitdikdən sonra HR sahəsində təcrübəçi olaraq, sonra isə “ASAN könüllüləri” təşkilatında nümayəndə olaraq fəaliyyətimə davam etdim. Fəaliyyətim zamanı ilk tarix kitabım olan “İkiyə Bölünmüş Xalq” kitabım nəşr olundu. Toplam 7 aylıq fəaliyyətimdən sonra Coders Azərbaycanda Customer Management sahəsində intern olaraq 4 ay fəaliyyət göstərdim. Coders Azərbaycanda çalışdığım dövrdə Div Academy-nin “Gələcəyi Yazanlar” təqaüd proqramından 60% təqaüd qazandım və Rəqəmsal Marketinq sahəsində təhsil almağa başladım. Nəticədə birinci dərəcəli diplomla məzun oldum. Həmçinin AIESEC təşkilatının “Global Volunteer” layihəsindən 2025-ci ilin yay ayı üçün Türkiyənin Bursa şəhərinə qəbul aldım.

Davamı…

Coders Azərbaycandan sonra isə ASILI Limited şirkətində Rəqəmsal Marketinq təcrübəçisi və CRELIFT startapında kiçik Rəqəmsal Marketinq mütəxəssisi olaraq (ilk aylarda təcrübəçi idim) çalışmağa başladım. 4 aylıq fəaliyyətimdən sonra CodeON reklam agentliyində Rəqəmsal Marketinq mütəxəsisi fəaliyyətə başladım. CodeON-da çalışdığım zamanda ikinci dəfə Div Academy-nin “Gələcəyi Yazanlar” təqaüd proqramından 60% təqaüd qazandım. Bu səfər “İT Biznes Analitika” üzrə. CodeON-da 7 aylıq fəaliyyətimdən sonra karyeramı MOF Marketinq Agentliyində Rəqəmsal Marketinq Mütəxəssisi olaraq davam etdirirəm. MOF agentliyində çalışdığım müddətdə AIESEC-in ‘Global Volunteer’ layihəsindən ikinci dəfə qəbul qazandım — bu dəfə Polşanın paytaxtı Varşavaya.

3+ il iş təcrübəsi

10+ beynəlxalq sertifikat

Kitab