Giriş
Rəqəmsal marketinq – bu, yalnız reklam vermək və sosial mediada paylaşım etməkdən ibarət deyil. Əsl güc, etdiyin hər addımın nəticəsini düzgün ölçməkdədir. Metriklər, bu nəticələri dəyərləndirmək və gələcək addımları planlamaq üçün istifadə edilən kompas kimidir. Bəs bu metriklər nədir, necə işləyir və hansı daha önəmlidir?
Metriklər nədir?
Metrik, rəqəmsal fəaliyyəti qiymətləndirmək üçün istifadə olunan statistik göstəricidir. Bunlar vasitəsilə marketinq strategiyalarının effektivliyi ölçülür.
KPI ilə metrik arasındakı fərq
Hər metrik KPI deyil. KPI (Əsas Performans Göstəriciləri) məqsədə yönəlik seçilmiş xüsusi metriklərdir. Məsələn, bir e-ticarət saytında konversiya nisbəti KPI, saytda keçən zaman isə ümumi metrikdir.
Veb sayt metrikləri
Trafik mənbələri
İstifadəçilər sizi necə tapır? Google axtarışı, sosial media, e-mail və ya ödənişli reklam – hər mənbə fərqli davranış nümayiş etdirir.
Sessiya müddəti
Ziyarətçi saytınızda nə qədər qalır? Bu göstərici məzmunun nə qədər cəlbedici olduğunu göstərir.
Bounce rate
Sayta girib dərhal çıxanların faizidir. Yüksək bounce rate saytın istifadəçi təcrübəsində problem ola biləcəyini göstərir.
Konversiya nisbəti
Əsas metriklərdən biridir – sayt ziyarətçisinin real müştəriyə çevrilmə faizi.
Sosial media metrikləri
Nişanlanma (engagement) dərəcəsi
Like, şərh, paylaşım və qeyd etmə kimi reaksiyalarla ölçülür. Sadəcə izləyici sayı deyil, aktiv izləyici vacibdir.
Follower artımı
Vaxt keçdikcə auditoriyanın necə dəyişdiyini göstərir.
Paylaşım və şərhlər
Bu göstəricilər məzmunun necə qəbul edildiyini anlamaq üçün vacibdir.
İzləyici demoqrafiyası
Kiminlə danışırsınız? Yaş, cins, region kimi faktorlar, kontentinizi necə formalaşdırmağınıza kömək edir.
Email marketinq metrikləri
Açılma dərəcəsi
Emailin nə qədər insan tərəfindən açıldığını göstərir.
Klikləmə dərəcəsi
Emaildəki linklərə nə qədər klik edildiyini göstərir – çox vacib metrikdir.
Bounce rate və unsubscribe
Emailin çatmadığı ünvanlar və çıxmaq istəyənlərin faizidir. Sağlam siyahı üçün bunlara diqqət edilməlidir.
Reklam metrikləri
CPC (Click Per Cost)
Hər klik üçün nə qədər xərc çəkirsiniz?
CPM (Cost Per Mille)
1000 baxış üçün ödədiyiniz qiymətdir – marka tanıtımı üçün əla göstəricidir.
ROAS (Return on Ad Spend)
Reklama qoyduğunuz hər 1 AZN-ə qarşılıq nə qədər gəlir əldə etdiniz?
SEO metrikləri
Orqanik trafik
Axtarış motorlarından gələn pulsuz ziyarətçilərin sayı.
Doman otoriteti
Saytınızın ümumi nüfuzu və etibarlılığı.
Backlink sayı və keyfiyyəti
Digər saytların sizə verdiyi linklər – SEO üçün “sosial sübut” rolundadır.
SERP mövqeləri
Axtarış nəticələrində hansı mövqedəsiniz?
Hansı metrik hansı məqsədlə istifadə olunmalıdır?
Brend tanıtımı üçün
CPM, impression, engagement və reach kimi metriklər.
Satış artırmaq üçün
CPC, CTR, konversiya nisbəti və ROAS.
Loyal müştəri qazanmaq üçün
Email açılma və klikləmə faizləri, təkrar alışlar və müştəri məmnuniyyəti skorları.
Ən son hazırladığım Marketinq Metrikləri ilə bağlı faylı aşağıdakı linkdən endirə bilərsiniz.