Skip to content
Haqqımda

Mənim hekayəm

Karyerama 17 yaşımda 5 saylı Bakı ASAN xidmət mərkəzində könüllü kimi başladım. Könüllülük müddətim başa çatdıqdan sonra HR üzrə Təcrübəçi, daha sonra isə ASAN Könüllüləri təşkilatında Nümayəndə kimi fəaliyyət göstərdim. Həmin dövrdə ilk tarix kitabım olan İkiyə Bölünmüş Xalq nəşr olundu.
Toplam 7 aylıq fəaliyyətimdən sonra Coders Azərbaycanda Customer Management üzrə İntern kimi çalışmağa başladım. Burada fəaliyyət göstərdiyim müddətdə Div Academy-nin “Gələcəyi Yazanlar” təqaüd proqramından 60% təqaüd qazanaraq Rəqəmsal Marketinq üzrə təhsil almağa başladım və proqramı birinci dərəcəli diplomla başa vurdum. Həmçinin AIESEC-in Global Volunteer proqramı çərçivəsində 2025-ci ilin yay aylarında Türkiyənin Bursa şəhərində beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdim.

Davamı…

Coders Azərbaycandakı fəaliyyətimdən sonra ASILI Limited şirkətində Rəqəmsal Marketinq Təcrübəçisi, daha sonra isə CRELIFT startapında Rəqəmsal Marketinq üzrə Kiçik Mütəxəssis kimi çalışmağa başladım. İlk aylarda təcrübəçi olaraq başladığım bu vəzifədə sonradan kiçik mütəxəssis kimi fəaliyyətimi davam etdirdim.

Daha sonra CodeON Reklam Agentliyində Rəqəmsal Marketinq Mütəxəssisi kimi fəaliyyət göstərdim. Burada çalışdığım müddətdə Div Academy-nin “Gələcəyi Yazanlar” təqaüd proqramından ikinci dəfə 60% təqaüd qazandım. Bu dəfə İT Biznes Analitikası üzrə təhsil aldım.

CodeON-da 7 aylıq fəaliyyətimdən sonra karyeramı MOF Marketinq Agentliyində Rəqəmsal Marketinq Mütəxəssisi kimi davam etdirdim. MOF-da çalışdığım müddətdə AIESEC-in Global Volunteer proqramına ikinci dəfə qəbul aldım. Bu dəfə Polşanın paytaxtı Varşavada beynəlxalq layihədə iştirak etmək hüququ qazandım.

Eyni dövrdə 7 ay ərzində freelans olaraq inkişaf etdirdiyim Marcon Azərbaycanı rəsmiləşdirərək öz reklam agentliyimi qurdum. Hazırda Bakı Psixologiya Mərkəzində Rəqəmsal Marketinq Mütəxəssisi kimi fəaliyyət göstərir, eyni zamanda Marcon Azərbaycan vasitəsilə müxtəlif brendlərin rəqəmsal inkişafına dəstək oluram.

3+ il təcrübə

10+ beynəlxalq sertifikat + iş təcrübəsi

40+ müştəridən ibarət portfolio

Kitablarım